» » Qusarda 6 yaşlı istedad -

Qusarda 6 yaşlı istedad - Foto+Video

Bölmə: Sosial, MARAQLI
Qusarda 6 yaşlı istedad -
Qusar sakini balaca Şənayın 6 yaşı var. O, rayon 1 saylı tam orta məktəbin 1-ci sinfində təhsil alır.

Xalqinfo.az xəbər verir ki, yaşıdları yalnız 2, 3 riyazi əməli həll edə bildiyi halda Şənay 35, 40 riyazi əməli bir neçə saniyəyə hesablayır.

Riyaziyyatla yanaşı coğrafi biliklərə də yiyələnib. 2 ay ərzində dünya xəritəsini öyrənib. Hazırda bütün ölkələri xəritə üzərində göstərə bilir. Eyni zamanda ingilis dilini də, mənimsəyib.

Valideynləri bildirir ki, Şənay dərslərinə cəmi 1 saat vaxt ayırır. O, dərslərini oyunlar və kiçik müsabiqələr əsasında öyrənir.

Coğrafiya, riyazi və ingilis dili biliklərini inkişaf etdirmək üçün heç bir əlavə məşğələlərə getmir. Bu işdə ona yalnız valideynləri kömək edir. Bütün bu bacarıqları ilə yanaşı Şənay milli rəqslərimizi də gözəl ifa edir.

Balaca istedad həmçinin Heydər Əliyev mərkəzində təşkil olunan bacarıqlı əllər dərnəyinin üzvüdür, eyni zamanda gimnastika ilə də məşğul olur. (ARB Şimal)


Qusarda 6 yaşlı istedad -
Qusarda 6 yaşlı istedad -
Qusarda 6 yaşlı istedad -
Qusarda 6 yaşlı istedad -
Qusarda 6 yaşlı istedad -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler