» » Şəkidə kənd evləri kirayə verilir -

Şəkidə kənd evləri kirayə verilir - Qiymətlər

Bölmə: Sosial, MARAQLI
Şəkidə kənd evləri kirayə verilir -
Ölkəmizdə bölgələrdə dəbdəbəli otelllər və qonaq evləri ilə yanaşı kənd evləri də fəaliyyət göstərir. Belə evlərdən bir çoxları da Şəkidə yerləşir. Burada evlər günlük qiymətlər 10 manatdan 250 manata qədər dəyişən qiymətlərlə təklif olunur.

Xalqinfo” Fins.az-a istinadən Şəkidə yerləşən kənd evlərinin qiymətlərini təqdim edir.

Şəki Xan sarayının yaxınlığında 10 sot həyət sahəsi olan 2 mərtəbəli 6 otaqlı ev təqdim olunur. Evdə 14 nəfər qonaq ola bilər. Qalacaq qonaqların sayı isə minumum 5 nəfər olmalıdır. Evdə qonaq olmaq üçün adambaşına 10 manat ödəmək lazım olacaq.

Bundan başqa Şəki Xan Sarayının yaxınlığında digər bir ev də var . Həyət evi 1 mərtəbəlidir və 4 otağı var. Evdə ən çox 10 nəfər qonaq ola bilər. Qiymətə gəlincə isə evin 1 günlük kirayəsi 60 manatdır.

Şəkinin Kiş kəndində də turistlər üçün evlər təklif olunur. Belə ki, Alban məbədi ətrafında 10-a yaxın bir mərtəbəli evlər var. Bu cür evlərdə cəmi 4 otaq var.

Qeyd edək ki, evlərin yalnız otaqları icarəyə verilir. 1 nəfərin bu cür evlərdə qalması isə 10 manatdır.

Bundan başqa, adıçəkilən ərazidə 2 mərtəbəli 8 otaqlı evlər də var. Bu evlərdə də qonaq olmaq 10 manatdır. Əgər qonaqlar otaqla bərəbər gündə 3 dəfə yemək də sifariş etsələr o zaman 30 manat ödəməli olacaqlar.

Qeyd edək ki, evlər qədimi üsulda dizayn edilib. Evlər 2000-ci ildən fəaliyyət göstərir. Evlərin yaxınlığında tarixi Alban məbədi yerləşir. Məbədə giriş yerli və əcnəbi turistlər üçün 2 manatdır. Tələbələrin muzeyə girişi 1 manat, şagirdlər üçün isə bilet 20 qəpikdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler