» » Şəhid Toğrul Fərəczadə haqqında kitab çap edilib -

Şəhid Toğrul Fərəczadə haqqında kitab çap edilib - Foto

Bölmə: Sosial, KİTAB ALƏMİ
Şəhid Toğrul Fərəczadə haqqında kitab çap edilib -
2016-cı il aprel döyüşlərində xüsusi şücaət göstərərək həlak olan şəhid Toğrul Fərəczadə haqqında kitab çapdan çıxıb.

Xalqinfo.az xəbər verir ki, gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab 80 cilddən ibarətdir. “Daş Heykəlin nağılı” adlı kitabda müəllifin şəhid haqqında fikirləri, Toğrul Fərəczadənin mənalı ömür yolu və xatirə şəkilləri dərc edilib. Kitabda, həmçinin, Toğrul Fərəczadənin ailə üzvləri, hərbçi yoldaşları da şəhidin qəhrəmanlığı haqqında fikirləri yer alıb.

Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında Şəhid Toğrul Fərəczadənin Azərbaycanın 3 rəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib.
Bununla yanaşı kitabda Şəhid Toğrul Fərəczadənin şəxsi əşyalarının fotoları da yerləşdirilib. Müəllifin şəxsi təxəyyülünün məhsulu olan kitab satış üçün nəzərdə tutulmayıb.

Aprelin 1-də Ağsu rayon Mədəniyyət Evində kitabın təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, bu kitab gənc yazar Rəfiqə Rafiqqızının yaradıcılığında çap olunan ikinci kitabıdır.

Şəhid Toğrul Fərəczadə haqqında kitab çap edilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler