» » Bu marşrut xəttinin trayektoriyası dəyişdirilir

Bu marşrut xəttinin trayektoriyası dəyişdirilir

Bölmə: Sosial
Bu marşrut xəttinin trayektoriyası dəyişdirilir
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.

Xalqinfo.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhun bəy Hacıbəyli küçələri, eləcə də M.K. Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun N.Nərimanov və Ş.İ.Xətai stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək.

Bu marşrut xətti üzrə avtobuslar metorunun Ş.İ.Xətai stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.

Məlumat üçün bildirək ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler