» » ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı

ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bölmə: Sosial
ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı
Moskva şəhərində Azərbaycan Texnologiya Universiteti (ATU) və Rusiya Xalqlar Dostluğu Universitetin (RUDN) rəhbərliyi arasında görüş keçirilib. ATU-nun rektoru, professor Akif Süleymanov, elm və texnika üzrə prorektor dosent Səbuhi Yusifov və Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyevdən ibarət heyət əvvəlcə RUDN-in elmi kitabxanası və digər müxtəlif bölmələri ilə tanış olub.

Sonra iki ali təhsil ocağının rəhbərliyi arasında fikir mübadiləsi aparılıb, əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub. RUDN-in elmi işlər üzrə prorektoru Nur Kirabayev məlumat verib ki, 1960-cı ildə qurulan universitetdə hazırda dünyanın 152 ölkəsindən 30 minə yaxın tələbə təhsil alır. Universitet bir çox xarici ölkənin ali təhsil müəssisələri ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir və ATU ilə də bu əlaqələrin qurulması səmərəli nəticələr verə bilər.

RUDN-in əlavə təhsil üzrə prorektoru Anjela Doljikova isə bildirib ki, universitet Rusiyanın miqrantların fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi işlərdə mühüm rol oynayır. Belə ki, hazırda Federasiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantlar yaşamaq və işləmək icazəsi almaq üçün əvvəlcə rus dili, tarixi və mədəniyyəti, eləcə də Rusiya qanunvericiliyinə dair biliklərini təsdiq edən sənədlər əldə etməlidirlər. Məhz bu işin təşkilində RUDN-in nəzdindəki Miqrantların sertifikasiya mərkəzi əsas funksiyanı - təlim kurslarının təşkili və sertifikat imtahanlarının verilməsi vəzifəsini icra edir. Eyni zamanda bu prosesdə fəal iştirak edən miqrantarla iş mərkəzləri RUDN tərəfindən akkreditasiya olunur. Burada əsas məqsəd həm Rusiyada sənədləşmə və iş tapmaqla bağlı çətinliklərlə üzləşən miqrantlara dəstək olmaq, həm də ölkənin müxtəlif peşə biliklərinə malik işçilərə olan tələbatını ödəməkdir. Ancaq bu proses müəyyən vaxt tələb etdiyindən artıq Rusiyaya gəlmiş miqrantlar üçün əlavə çətinliklər yaradır. Ona görə də bu prosesin tərəfdaş ali təhsil müəssisələri ilə birgə ən çox miqrant gələn ölkələrdə təşkili daha məqsədəuyğun olardı.

ATU-nun rektoru, professor Akif Süleymanov qeyd edib ki, Azərbyacanda bu işin rəhbərlik etdiyi universitet tərəfindən həyata eçirilməsi üçün hər cür şərait mövcuddur. Bununla bağlı artıq ilkin araşdırmaların da aparıldığını qeyd edən rektor bildirib ki, ATU həm RUDN-in proqramları əsasında Rusiyaya getmək istəyənlər üçün müvafiq sertifikat imtahanlarını keçirə, həm də zəruri peşə istiqamətləri üzrə sürətləndirilmiş təlim kursları təşkil edə, həmçinin rus dili, Rusiya tarixi və qanunvericiliyi proqramlarını tədris edə bilər. Bu kurslar nəticəsində verilən sertifikat və diplomlar isə Azərbaycan və Rusiyanın müvafiq dövlət qurumları tərəfindən tanınacaq.

Görüşün sonunda ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ATU-da miqrantlara dəstək məqsədilə təşkil olunacaq kurslarda dərs deyəcək müəllimlərə RUDN-in mütəxəssisləri tərəfindən təlimlər keçilməsi və sertifikatların verilməsini, həmçinin müxtəlif birgə layihələrin icrasını nəzərdə tutur. Razılaşmaya eyni zamanda RUDN-in 12-15 aprel 2017-ci ildə Moskvada keçiriləcək Beynəlxalq Təhsil Sərgisində ATU-nu təmsil etməsi də daxildir.

ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı
ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı
ATU ilə RUDN arasında əməkdaşlıq müqaviləsi imzalandı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler