» » Bakıda restoranlardan müştərilərə qarşı yeni tələb

Bakıda restoranlardan müştərilərə qarşı yeni tələb

Bölmə: Sosial
Bakıda restoranlardan müştərilərə qarşı yeni tələb
Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərəməyə başlayıb.

Xalqinfo.az Xezerxeber.az-a istinadla məlumat verir ki, müştəri masa arxasına əyləşdikdə nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir.

Restoran rəhbərliyi bu addımın hər bir masadan normal qazanc əldə etmək üçün atıldığını bildirir.

Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır. Belə depozitlər, əsasən, həftəsonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Bu hal isə bəzilərinin narazılığına səbəb olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu hal qanunla tənzimlənmədiyindən restoranlar sui-istifadə edirlər.

Eyyub Hüseynov bildirir ki, müştərilər bu hala yalnız həmin restoranı baykot etməklə cavab verə bilər ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler