» » 34 km-lik avtomobil yolu çəkilir -

34 km-lik avtomobil yolu çəkilir - Video

Bölmə: Sosial
34 km-lik avtomobil yolu çəkilir -

Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, yenidənqurma işlərinin aparıldığı Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun ümumi uzunluğu 34 km-dir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir.

Hazırda ərazidə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kv.m-dən çox sahənin asfatlanması nəzərdə tutulur.

Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir.

Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.

Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərininin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşıması asanlaşacaq.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Xatırladaq ki, yenidənqurma-tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.




Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler