» » Zərdabda suvarma təminatı yaxşılaşdırılır

Zərdabda suvarma təminatı yaxşılaşdırılır

Bölmə: Sosial
Zərdabda suvarma təminatı yaxşılaşdırılır
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, “Azərsu” tərəfindən icra olunan layihəyə uyğun olaraq həmin torpaqların suvarılması Kür çayı hesabına həyata keçiriləcək. Bu məqsədlə Kür çayı sahilində, Zərdab rayonunun Təzəkənd kəndi yaxınlığında məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun və nasos stansiyasının tikintisi layihələndirilmişdir. Hazırda su qəbuledici qurğunun və nasos stansiyasının tikintisinə başlanılıb.

Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə 1400 mm diametrli borularla 15 km uzunluğunda magistral kəmərin tikintisi də nəzərdə tutulur. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə 4 nöqtədə magistral kəmərin tikintisi davam etdirilir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından stansiyaya qədər 6,5 km uzunluqda elektrik xəttinin çəkilişi işlərinə də başlanılıb.

Tikinti-quraşdırma işlərinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərsu” Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə də suvarma layihələri icra edəcək. Padarçöl ərazisində 10 min hektar torpağın suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğusunun imkanlarından istifadə etməklə aparılacaqdır. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km uzunluğunda su xətti çəkiləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler