» » Pul sistemə yox, sürücüyə ödənir -

Pul sistemə yox, sürücüyə ödənir - Qanun pozuntusu

Bölmə: Sosial
Pul sistemə yox, sürücüyə ödənir -
Kart sistemi tətbiq edilən marşrut xətlərində gediş haqqının nağd şəkildə ödənilməsi qəti qadağandır.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev kart sistemi ilə işləyən avtobuslarda sürücülərin ödənişi nağd şəkildə qəbul etməsi ilə bağlı Axar.az-a açıqlama verərkən deyib.

O bildirib ki, belə halların baş verməsinə həm Bakı Nəqliyyat Agentliyi, həm də daşıyıcılar cavabdehdir:

“Bu cür faktların aşkarlanması qanun pozuntusu olmaqla yanaşı, həm də onu göstərir k, sürücü işlədiyi qurumu aldadır. Belə bir hal Nəqliyyat Agentliyi tərəfindən aşkarlanırsa, əvvəlcə daşıcıya məlumat verilir, bundan sonra sürücü haqqında lazımi cəza tədbirləri görülür. Əgər bu hal daşıyıcınının göstərişi ilə həyata keçirilirsə, bu zaman daşıyışı ilə bağlı tədbirlər görülür. Kart sistemi ilə işləyən bütün avtobuslarda nəzarət kamerası var. Buna isə daşıyıcılar nəzarət edir. Dəfələrlə bu cür hallar müşahidə olunub və həmin sürücülərə lazımi cəzalar verilib”.

Qeyd edək ki, hazırda kart sistemi 1, 2, 3, 5, 6, 8, 13, 14, 18, 21, 61, 65, 79, 85, 88, 96 və 125 saylı marşrut xətlərinə tətbiq olunur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler