» » Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb

Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb

Bölmə: Sosial
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi beşinci ildönümü Qarabağ bölgəsində silsilə tədbirlərlə qeyd olunub.

"Xalqinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Tərtər rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir Şəhidlər abidəsinin önündən başlayıb. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.

Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar. Mərkəzin akt zalında keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Xocalı faciəsi tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi kimi dəhşətli faciələrindən heç də geri qalmır. Bu faciə tək xocalılılara qarşı deyil, türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktıdır.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən M.Məmmədov qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib.

Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 10 ailə, 39 nəfər Xocalı sakini hazırda Tərtərin 7 kəndində müvəqqəti məskunlaşıb və onlara rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir.

Rayon təhsil şöbəsinin əməkdaşı Nigar Məstalızadə, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Orxan Mustafazadə, Xocalı sakini Briliyant Əhmədova çıxış edərək, faciənin dəhşətlərindən danışıb, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların ağlagəlməz işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.

Anım mərasimində Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqəsinin və intellektual yarışmanın qaliblərinə diplom və fəxri fərmanlar verilib.

Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Xocalıdan olan ailələrə ərzaq yardımı edilib.

X X X

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb.

AZƏRTAC xəbər verir ki, faciənin 25-ci ildönümü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayondakı Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının, fəal gənclərin təşkilatçılığı ilə 15 min nəfərdən çox sakinin iştirakı ilə “Xocalı haraya çağırır bizi” adlı yürüş keçirilib. Heydər Əliyev adına Meydandan başlayan yürüş Şəhidlər xiyabanını ziyarətlə başa çatıb. Yürüş iştirakçıları yol boyu “Xocalı haraya çağırır bizi!”, “Biz hamımız Xocalılıyıq!”, “Xocalı qanın yerdə qalmayacaq!”, “Xocalı soyqırımını unutma!” kimi şüarlar səsləndiriblər.

Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub. Rayon məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilib.

X X X

Xocalı soyqırımının 25-ci ildönümü xocavəndli məcburi köçkünlər tərəfindən silsilə tədbirlərlə qeyd edilib. Rayonun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında anma mərasimləri, xatirə gecələri keçirilib, sərgi və guşələr təşkil olunub.

Xocavənd rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar Beyləqan rayonunda Yeni Xocavənd qəsəbəsindəki şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.

Xocavəndli məcburi köçkünlər Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə anaraq, Allahdan onlara rəhmət diləyiblər.


Xalqinfo.az

Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Xocalı faciəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler