» » Azərbaycanda avtomobillərin parklanması qaydaları dəyişir

Azərbaycanda avtomobillərin parklanması qaydaları dəyişir

Bölmə: Sosial
Azərbaycanda avtomobillərin parklanması qaydaları dəyişir
Avtomobillərin parklanması ilə bağlı yeniliklər ediləcək.

Prezidentin fərmanına əsasən, növbəti 4 ay ərzində ölkədəki bütün parklanma yerləri qeydə alınacaq, həmin yerlərdən istifadə üçün ödənişin məbləği dəqiq müəyyənləşdiriləcək. Eyni zamanda parkomatların ətrafında yaşayan və avtomobili orada saxlamağa məcbur olan şəxslərə xüsusi talonlar veriləcək.

Xalqinfo.az xezerxeber.az-a istinadən bildirir ki, parklanma yerlərinə xüsusi foto və video avadanlıqlar vasitəsilə nəzarət ediləcək və ödəniş etməyən sürücü avtomotik qaydada cərimələnəcək. Tapşırığa əsasən, yol polisi tərəfindən iyulun 1-nə kimi bütün avtomobil sahiblərinin mobil telefon nömrələri mərkəzi informasiya sisteminə daxil edilməlidir.

Fərmana əsasən, parklanma yerinin təşkili ilə yerli icra hakimiyyəti orqanı məşğul olmalıdır.


Xalqinfo.az



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler