» » Ramil Usubov Şirvanda görüş keçirdi

Ramil Usubov Şirvanda görüş keçirdi

Bölmə: Sosial
Ramil Usubov Şirvanda görüş keçirdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 25-də Şirvan şəhərində növbəti qəbul keçirib.

DİN-nin mətbuat xidmətindən “Xalqinfo”ya verilən məlumata görə, Şəhər Polis Şöbəsində baş tutan tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının qəbula gələn 36 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler