» » İki qardaşın torpaq davası

İki qardaşın torpaq davası

Bölmə: Sosial
İki qardaşın torpaq davası
İki qardaşın torpaq davası

Tovuzda torpaq üstündə qardaşlar arasında dava düşüb. Xalqinfo.az APA-ya istinaən xəbər verir ki, torpaq üstündə dalaşan iki qardaşdan biri xəsarət alıb.

Rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler