» » Yaşı 20-dən yuxarı olanların nəzərinə: iş var!

Yaşı 20-dən yuxarı olanların nəzərinə: iş var!

Bölmə: Sosial
Yaşı 20-dən yuxarı olanların nəzərinə: iş var!
Daxili İşlər Nazirliyi (DİN) "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə 50 vakant mülki işçi vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Xalqinfo.az Azxeber.com-a istinadən xəbər verir ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 24-dək, boyu 180 santimetr, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən kişi vətəndaşlar iştirak edə bilərlər.

Həmin tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq və xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-in mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında iki il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinə (012 590-27-26 və 565-42-91) müraciət edə bilərlər.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler