Nazirliyin “yeniliyi” kənddə narazılıq yaratdı - VideoBölmə: Sosial
Bir kənddə olan 2 məktəbin 2-si də 11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir. “Xalqinfo” "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır. Tovuz rayon Təhsil Şöbəsindən isə bildirilib ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrasturukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq. Qeyd edək ki, hazıra Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|