» » “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edildi

“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edildi

Bölmə: Sosial
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb


"Xalqinfo" xəbər verir ki, fərmana əsasən, qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində:

1.2.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.3. həmin Qanunun 53-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, parklanma yerlərinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.4. həmin Qanunun 53-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkil edilməsi qadağan olunan dövlət orqanlarının siyahısını və həmin dövlət orqanlarının hər biri üçün ayrılıqda parklanma yerlərinin təşkilinin qadağan edilməsi radiusunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.5. həmin Qanunun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.6. həmin Qanunun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

2.1. bu Fərmanın 3.2.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən yerlərdə sertifikatlaşdırılmış parkomatların və foto və ya videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin quraşdırılmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin;

2.2. parklanma qaydalarının pozulmasına dair inzibati xəta haqqında elektron protokollar barədə, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) “ASAN ödəniş” sisteminə ötürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi istifadəçilərinin törədilən inzibati xəta barəsində, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair vaxtında məlumatlandırılmasını təmin etmək məqsədi ilə bütün nəqliyyat vasitələri istifadəçilərinin mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil edilməsini və Dövlət Agentliyinə təqdim olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin.

3. Dövlət Agentliyi bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq “ASAN ödəniş” sisteminə daxil olan məlumatların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin istifadəçilərinə çatdırılması üçün tədbirlər görsün.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsinə uyğun olar

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler