» » “FOX TV”-nin Azərbaycanda yayımını kim dayandırıb?

“FOX TV”-nin Azərbaycanda yayımını kim dayandırıb? MTRŞ qərar verməyib

Bölmə: Sosial, Mədəniyyət
“FOX TV”-nin Azərbaycanda yayımını kim dayandırıb?
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin "FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.

Xalqinfo.az xəbər verir ki, Bunu AzVision.az-a MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib.

O qeyd edib ki, Şuranın "FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur.

MTRŞ rəsmisinin sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir.

"Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial sifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”.

Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nin göstərişinə əsasən, "FOX Türk” kanalının yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, "FOX Türk” kanalı digər bir TV kanal ilə əvəz olunacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler