» » "Ağdamda heç kim evini tərk etməyib" -

"Ağdamda heç kim evini tərk etməyib" - İcra başçısı

Bölmə: Sosial, GÜNDƏM
"Ağdamda heç kim evini tərk etməyib" -

Son günlər təmas xəttində erməni təxribatları intensivləşib. Demək olar ki, hər gün mövqelərimiz, cəbhəboyu kəndlər aramsız atəşə tutulur

Xalqino.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə cəbhədə qızğın döyüşlərin getməsi haqda müxtəlif məlumatlar yayılmışdı. İstifadəçilərin yazdığına görə, düşmənim Ağdamın kəndlərini iriçaplı silahlarla atəşə tutuması yerli sakinlər arasında təşvişə səbəb olub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov azvision.az–a bildirib ki, hazırda rayon ərazisində sakitlikdir, heç bir problem yoxdur.

"İnsanları panikaya salmaq lazım deyil. Ağdamda vəziyyət qaydasındadır. Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır. Bütün idarə, müəssisələr işləyir. Rayonda vəziyyət normaldır, şayiələrə inanmaq lazım deyil. İnsanların əhval-ruhiyyəsi yüksəkdir. Heç bir qorxu, təlaş yoxdur”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler