» » Müəllimlərin əmək haqqı artırıldı

Müəllimlərin əmək haqqı artırıldı

Bölmə: Sosial, İqtisadiyyat, MANŞET
Müəllimlərin əmək haqqı artırıldı
Azərbaycan Dillər Universitetində (ADU) çalışan işçilərin və professor-müəllim heyətinin maaşı artırılıb.
“Xalqinfo” “XəzərXəbər””-a istinadən xəbər verir ki, universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler