» » Dövlət xəstəxanaları pulsuzdur - Daha bir iddia

Dövlət xəstəxanaları pulsuzdur - Daha bir iddia

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Dövlət xəstəxanaları pulsuzdur - Daha bir iddia

Səhiyyə naziri korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalayıb. Fevralın 20-də imzalanan sənəd «Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə» adlanır.

Xalqinfo” xəbər verir ki, AzadlıqRadiosu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rafiq Məmmədhəsənovdan müsahibə alıb. Rafiq Məmmədhəsənov tibb elmləri doktoru, əməkdar elm xadimi, YAP siyasi şurasının üzvüdür.

- Rafiq müəllim, səhiyyə naziri korrupsiya ilə mübarizənin gücləndirilməsini əmr edib. Sizcə, 250 manat maaş alan həkimin rüşvət almaması nə dərəcədə realdır?

- Nə “kaprizni” (şıltaq – red.) sual verirsən? (Gülür – red.). Cəmiyyətdə hərənin özünəuyğun maaşı-zadı var, nə olsun? Korrupsiya, həkimin rüşvət almağı... Dövlət xəstəxanalarında xidmətin hamısı pulsuzdur. Özəl xəstəxanalarda hər müayinənin, müalicənin öz qiyməti var. Necə müqayisə etmək olar? Xəstəxanaların əksəriyyəti dövlətin deyil, axı. Özəl xəstəxanalarda həkimlər nə maaş alır, neynir, - mən bilmirəm. Amma dövlət xəstəxanalarında müayinə pulsuzdur.

- Dövlət xəstəxanlarında rüşvət verilmədiyini deyirsiniz, amma Dünya Bankı bu yaxınlarda Avropa və Mərkəzi Asiyada təhsil və səhiyyə sahəsində ən rüşvətxor ölkələrin reytinqini hazırlayıb. Azərbaycan səhiyyədə rüşvətə görə ön sıradadır, üstəlik, burda 10 adamdan 9-u rüşvət verdiyini deyib...

- Mən bilmirəm o sorğunu kim keçirib, neyləyib. Ağıllarına gələni yazırlar. Onu bilmirəm. Ona görə də həmin sorğu ilə bağlı fikir bildirə bilmərəm. Hərə bir statistika qoyur, hərə bir sorğu keçirir. Kim, harda keçirib, doğrudanmı keçirib? O suala cavab vermək istəmirəm.

- Nazir rüşvətlə, korrupsiyayla bağlı mübarizəni gücləndirmək əmrini imzalayırsa, deməli, dövlət xəstəxanalarında rüşvət var ki bu addımı atır, deyilmi?

- Ölkədə görmürsünüz bu istiqamətdə hansı iş aparılır? Rabitə Nazirliyinin işidir, keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki haqq-hesablardır, görmürsünüz? Bu nazirliklərdə olan işlərin hamısı məhkəmədədir də. Bu əmr də profilaktik məqsədlə verilib...

- Rafiq müəllim, sizcə, səhiyyədə rüşvətin kökünü kəsmək üçün neyləmək lazımdır?

- Qurtardıq. Mən o işlərlə məşğul olmuram, vəssalam.

Bir gün öncə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov “Report”a müsahibəsində deyib ki, mərkəzdə “xəstələri pulsuz müalicə edirlər”. Onun bu açıqlaması sosial şəbəkələrdə tikanlı qarşılanıb və müzakirələrə yol açıb.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin sözçüsü Liya Bayramova da mediaya açıqlamasında dövlət xəstəxanalarında müalicənin pulsuz olduğunu bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler