» » Mağazalarda və bazarda toyuq əti bahalaşdı

Mağazalarda və bazarda toyuq əti bahalaşdı

Bölmə: Sosial, GÜNDƏM
Mağazalarda və bazarda toyuq əti bahalaşdı
Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər. Toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi xüsusilə toyuq filesində, yəni döş ətində nəzərə çarpır.

Xalqinfo.az xəbər verir ki, satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.

Bazarlarda açıq şəkildə satılan döş əti - filenin qiyməti isə artmayıb. Kiloqramı 6 - 6 manat 50 qəpiyə file tapmaq mümkündür.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər.

"Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz", - deyə Aydın Vəliyev bildirib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler