» » Məsciddən oğurluq edən tutuldu

Məsciddən oğurluq edən tutuldu

Bölmə: Sosial
Məsciddən oğurluq edən tutuldu
Ağdamda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqar Afər oğlunun saxlandığı bildirilir.

Məlumata görə, V. İsgəndərov məsciddən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Xındırıstan kəndində yerləşən məsciddən pəncərədən daxil olmaqla 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlandığı açıqlanıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler