» » Süni qidaları uşaqlara verməyin-

Süni qidaları uşaqlara verməyin- VİDEO

Bölmə: Sosial
Süni qidaları uşaqlara verməyin-
Adətən pediatrlar körpələrə ana südü verilməsini məsləhət görsələr də süni qidalara üstünlük verən analar az deyil.

ANS TV-nin məlumatına görə, mağazalarda da çeşid-çeşid süni qidalar var. Qiyməti isə 4 AZN-dən 40 AZN arasında dəyişr. Bəs süni qidalar uşaqların sağlamığına, fiziki və əqli inkiaşfına ana südü qədər təsir göstərə bilirmi? Bu qidaların hansısa ziyanı varmı?

İlk növbədə qeyd edək ki, süni qidalar inək südündən hazırlanır. Ana südü etalon götürülərək təbii inək südü fermentləşdirilir və tərkibindəki qida komponentləri balanslaşdırılır. Buna baxmayaraq Respublikanın baş pediatrı Nəsib Quliyev bu qidanı əlverişli hesab etmir.

Pediatrın sözlərinə görə, süni qidalar mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola, uşaqların inkişafına pis təsir göstərə bilər.

Bu yeməklərdən çox istifadə körpələrdə vitamin çatışmazlığı yaradır. Yəni analar körpələrini ana südü ilə qidalandırmalıdır. Əgər məcbüriyyət olarsa, bu mütləq həkim nəzarəti altında həyata keçirilməlidir.

Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, analar uşaqlarına süni qidaları seçərkən mütləq pediatra müraciət etməlidirlər: “Çünki qidaların tərkibi müxtəlidir. Bu qidaları analar özləri sərbəst seçib uşağa verə bilməzlər. Əgər anada süd yoxdursa, onda analar süni qidaları uşaqlara bir yaşına kimi verə bilərlər”.

Respubika Gigiyena və Epidemiologiya Mərkəzində satışdan götürülən uşaq qidalarının nümunələri üzərində laborator müayinələr aparılır, onların tərkibi, bakterioloji, toksikoloji göstəriciləri yoxlanılır. Buna baxmayaraq həmin qidaları alarkən diqqətli olmalı məqamlar var.

Həmçinin bu qidalar alındıqdan sonra da sərin yerdə saxlanılmalı, saxlama müddəti keçmiş qidalar uşaqlara verilməməlidir. Əks təqdirdə övladınızın həyatını təhlükəyə atmış olarsınız.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler