ANAMA Cocuq Mərcanlıda 78 qəlpə aşkarladıAzərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb. “Xalqinfo” Axar.az-a istinadən xəbər verir ki,verilən məlumata görə, Cocuq Mərcanlı kəndi gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 000 kv.m ərazisi yoxlanılıb, 78 ədəd qəlpə aşkarlanıb, mina və partlamamış hərbi sursata rast gəlinməyib. 15 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 105 266 kv.m ərazi (42 766 kv.m ərazi əl ilə və 62 500 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Leyla Həsənova |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|