Memarın ideyasıyla hazırlanan ekskluziv tort nümunələri - FOTOLARHəyatımızı şirniyyatsız təsəvvür edə bilmirik. Yeməklərin şahı plov olduğu kimi, şirniyyatın da zirvəsi tortdur. Xüsusən də özəl günlərdə ortaya qeyri-adi nəsə çıxarmağa çalışırıq. Bunu bacarmayanda isə şirniyyat dükanlarına üz tuturuq. Təbii ki, orada işinin ustaları olduğundan zövqümüzə uyğun tort alıb gedirik. Bəs birdən tortun dizaynını memar versə necə olar? Belə şey olmaz deməyin. Moskvada doğulan 21 yaşlı Mariya memardır və hazırda Parisdə oxuyur və yaşayır. 2 ildən çoxdur “memarlıq tortları” hazırlayır. Əvvəlcə ağlına gələn ideyanın eskizini çəkir. Model və formanı hazırlayır. Bundan sonra aromat kompozisiyasını fikirləşir və ortaya möhtəşəm “memarlıq abidəsi” çıxarır. Özünün dediyi kimi, Mariya torta memarlıq abidəsi kimi baxır. Xalqinfo.az 21 yaşlı memarın “əl işlərini” təqdim edir. Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|