» » Bu əti Bakıda satacaqdılar -

Bu əti Bakıda satacaqdılar - Fotolar

Bölmə: Sosial, Kriminal
Bu əti Bakıda satacaqdılar -
Xaçmazdan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan, sümükdən ayrılmış ətlər saxlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Xalqinfo” ya verilən məlumata görə, qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımın əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndinin ərazisində Xaçmaz şəhəri, İ. Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilib.

Həmin sümükdən ayrılmış ətin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmamışdır. Ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək üçün içərisində sümükdən ayrılmış ət olan həmin avtomobil Respublika Baytarlıq Laboratoriyasına gətirilib.

Qida üçün yararlığı şübhə doğuran sümükdən ayrılmış ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.


Bu əti Bakıda satacaqdılar -
Bu əti Bakıda satacaqdılar -
Bu əti Bakıda satacaqdılar -

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler