Pozuntulara yol verən bələdiyyələrlə bağlı 12 fakt üzrə cinayət işi başlanılıb![]() 1 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb. Xalqinfo.az xəbər verirki 2016-cı ildə Ədliyyə Nazirliyi tərəfindən 62228 bələdiyyə aktı ekspertiza edilib. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2257 bələdiyyə aktı ekspertizadan keçirilib. Ədliyyə orqanlarının təklifləri əsasında bələdiyyələr tərəfindən 833 akt ləğv edilib, 559 akt dəyişdirilib. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılıb. Onlarda 10-u təmin edilib, 18-nə isə baxılmaqdadır. Bu haqda fevralın 14-də Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində il ərzində bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 8359 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Onlardan 7816 hektar qanunsuz icarəyə, 205 hektar qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub. Diqqətə çatdırılıb ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 156 protokol tərtib edilərək məhkəmələrə göndərilib, 132 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, digərləri isə baxılmaqdadır. V.Zahirov bildirib ki, 27 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılıb. Onlardan 18-də daha ciddi qanun pozuntuları aşkar edilərək materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Bütövlükdə, istintaq orqanları tərəfindən 12 fakt üzrə cinayət işi başlanılıb, 1 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb. İnzibati araşdırma materialları əsasən torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır. “Hüquq pozuntularının qarşısını almaq məqsədilə geniş maarifçilik tədbirləri həyata keçirilib. Bütövlükdə, ölkə üzrə 190 seminar, 19 təlim və 25 kurs keçirilib. Bu maarifləndirici tədbirlərdə 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak edib, ötən illə müqayisədə tədbirlərin sayı 87 faiz, iştirakçıların sayı isə 71 faiz artıb. Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədi ilə metodik vəsaitlər, tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilib və başqa tədbirlər həyata keçirilib”, - deyə V.Zahirov bildirib. Leyla Həsənova |
XƏBƏR LENTİ
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
19.02.19 21:26 | Milli Məclisdə könüllülərin sualları cavablandırıldı
19.02.19 21:15 | Polkovnik - leytenant xərçəngdən vəfat etdi
19.02.19 21:12 | Prezident Sahil Babayevə yeni müavin təyin etdi
19.02.19 21:09 | Ramil Usubov Türkiyədə səfərdədir
19.02.19 21:07 | DTX rəhbəri prezidentin səsini dinlədiyi üçün həbs edildi
19.02.19 06:47 | Azərbaycan Prezidenti İlham Əliyev
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
: "Bu zavodda istehsal olunan məhsullar ölkəmizə valyuta gətirəcək"
19.02.19 06:42 | Ayaqqabısının ölçüsü qədər iş görməyənlər...” - Prezidentlə görüşdən
19.02.19 06:26 | "Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki..." -
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
18.02.19 13:10 | İqbal Ağazadə ona 165 min “atana” kömək olunmasını istəyib
18.02.19 12:31 | İlham Əliyev Sumqayıtda zavod açılışında
18.02.19 12:30 | Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
|