» » Qərb Universitetinin məşhur tələbələri

Qərb Universitetinin məşhur tələbələri

Bölmə: Sosial
Qərb Universitetinin məşhur tələbələri

Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir, işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir. Universitetin tələbələri üçün müntəzəm olaraq “İşəgötürənlə görüşə necə hazırlaşmaq lazımdır?”, “CV-ni necə hazırlamaq lazımdır”, “Karyera planlaşdırılması”, “Könüllü işinin müsbət tərəfləri” və s. mövzularda təcrübəli təlimçilər, uğurlu karyeraya sahib olan peşəkar mütəxəssislər tərəfindən seminarlar təşkil edilir.

Qeyd edək ki, Qərb Universitetində 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və Universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub. Tələbələrin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələri təmin edilib.

Məlumat üçün deyək ki, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, ADA Universitetinin prorektoru, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvü Fariz İsmayılzadə, BP-in Houston ofisində aparıcı Hüquq Müşaviri Səidə (İbrahimova) Bərvarz, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov kimi karyerasında uğur qazanmış çox sayda gənc məhz Qərb Universitetinin məzunudur.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler