» » “Bircə balamın ölüm səbəbini biləydim” -

“Bircə balamın ölüm səbəbini biləydim” -

Bölmə: Sosial
“Bircə balamın ölüm səbəbini biləydim” -

Tovuz rayonunda 16 yaşlı Aliyə Qəmbərovanın intiharının bəzi təfərrüatları məlum olub.

Xalqinfo” xəbər verir ki, Tovuz rayonu Düzqırıqlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Aliyə Qəmbərova atasız böyüyüb:

“Lap kiçik yaşlarında atasını itirib. Anası böyüdüb. Aliyənin özündən böyük bir qardaşı da var. Kənddə 9-cu sinifə kimi təhsil alıb. Çox yaxşı, ağıllı bir şagird idi. Dərslərindən yaxşı qiymətlər alıb. Təhsilini Tovuz Dövlət Sosial İqtisadi Kollecində davam etdirirdi.”

Sakinlərin sözlərinə görə, Aliyə Qəmbərovanın təhsil aldığı müddətdə hər hansı psixoloji problemi olmayıb.

Tovuz Dövlət Sosial İqtisadi Kollecindən Aliyə Qəmbərovanın nümunəvi tələbə olduğunu bildiriblər: “Aliyə gözəl, dərsə davamiyyəti olan tələbə idi. Dərslərindən və imtahanlardan yaxşı qiymət alırdı. Onun ölümü bizə də qəribə gəldi. Axı, belə bir tələbəni intihara hansı səbəb sürükləyib? Bu gün bütün kollec onun yas mərasiminə getmişdik. Anası da bizimlə xeyri dərdləşib ağladı. Deyirdi ki, bircə balamın ölüm səbəbini bilə biləydim.”

Xatırladaq ki, 2001-ci il təvəllüdlü Aliyə Qəmbərova yaşadığı evdə özünü asıb.

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler