» » Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -

Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı - FOTO

Bölmə: Sosial, GÜNDƏM
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İvanovo şəhərində IV Qış Liderlik Məktəbi açılıb.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Gəncləri Günündə İvanovo Millətlər Evində RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) İvanovo regional bölməsinin təşkilati dəstəyi ilə keçirilir.

Məktəbə gənc, perspektivli, istedadlı və yaradıcı insanlar toplaşıblar. Onlar 5 gün ərzində tematik treninqlərdə, ustad dərslərində, yarmarka-təqdimatlarda, habelə işgüzar və idman oyunlarında iştirak edəcəklər.

İvanovo vilayətinin Daxili Siyasət Departamentinin rəisi Yevgeni Nesterov IV Qış Liderlik Məktəbinin təntənəli açılış mərasimində çıxış edərək bildirib ki, gənclər bu məşğələlərdən sonra gələcək liderlərə lazımlı olan dəyərli vərdiş və biliklərə yiyələnəcəklər.

İvanovo Vilayət Duması sədrinin birinci müavini, Rusiya Xalqlar Assambleyasının regional bölməsinin sədri Anatoli Burov, İvanovo Şəhər Dumasının sədri Aleksandr Kuzmiçov, İvanovo Şəhər Administrasiyası başçısının müavini Sergey Zolkin çıxışlarında iştirakçılara xeyir-dua veriblər. Onlar diyarın inkişafına əhəmiyyətli töhfəsinə görə Azərbaycan diasporuna, o cümlədən ÜAK-ın İvanovo regional bölməsinin (İRB) sədri Sərraf Məmmədova və İvanovo vilayəti qubernatorunun milli məsələlər üzrə ictimai müşaviri Əbülfət Gülməmmədova təşəkkür ediblər.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev Qış Məktəbini hərtərəfli dəstəklədiyinə və təşkilində iştirak etdiyinə görə vilayət rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin IV qurultayının iştirakçılarına müraciətində qeyd edib ki, hər bir azərbaycanlı ilk növbədə yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməli, onun inkişafına əhəmiyyətli töhfə verməlidir”. RAGB-nin nümayəndəsi qeyd edib ki, IV Qış Liderlik Məktəbinin fevralın 2-də açılması rəmzi məna daşıyır, çünki ümummilli lider Heydər Əliyevin Fərmanı ilə məhz həmin gün 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd edilir. Bu gün bayramın 20 illik yubileyidir. E.Hacıyev RAGB-nin fəaliyyətini dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna və Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

Məktəbin təntənəli açılış mərasimi çərçivəsində RAGB-nin regional bölməsinin təqdimatı da keçirilib. İvanovolu azərbaycanlı gənclər öz sıralarında hazırda təqribən 8 min adamı birləşdirən ÜAK İVB-nin yaradılması tarixindən danışıblar. Onlar Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların adət-ənənələrinin, dini və mədəni dəyərlərinin, dilinin qorunub saxlanılmasının əhəmiyyətini, gənclərin əxlaqi-mənəvi tərbiyəsində RAGB-nin xüsusi rolunu vurğulayıblar.
Gecə RAGB regional bölməsinin və İvanovo Millətlər Evinin yaradıcı qüvvələrinin konserti ilə başa çatıb.

Qeyd edək ki, RAGB Məktəbi gənclərə zəruri biliklərə yiyələnmək, fikir mübadiləsi aparmaq, öz ideya və layihələrini həyata keçirmək imkanı yaradan məkandır. Bu maarifləndirmə məktəbində gənc fəallar layihə hazırlamaq və öz ideyalarını ekspertlərə təqdim etmək vərdişlərinə yiyələnəcəklər.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -
Leyla Əliyevanın təşəbbüsü ilə IV Qış Liderlik Məktəbi açıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler