» » Turan İbrahimovun yeni işində fəaliyyəti nədir? - ATV-də köklü dəyişiklik

Turan İbrahimovun yeni işində fəaliyyəti nədir? - ATV-də köklü dəyişiklik

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Turan İbrahimovun yeni işində fəaliyyəti nədir? - ATV-də köklü dəyişiklik

ATV-də "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamenti yaradılıb.

Xalqinfo.az-ın məlumatına görə, həmin departamentə tanınmış teleaparcı Turan İbrahimov rəhbərlik edəcək.

ATV-də "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamenti üst qurum rolunu oynayır.

Departament kanalın ümumi imicinin qorunmasından, yaradıcılıq prosesinin ictimai məsuliyyətliliklə həyata keçirilməsindən, effektiv ictimaiyyətlə əlaqələr qurulmasından tutmuş, xəbər siyasətinə qədər müxtəlif sahələrə nəzarət edəcək.

Hazırda kanalın iki xəbər mərkəzi fəaliyyət göstərir: ATV Xəbər və ATV Səhər

Yeni departament bir-birindən müstəqil fəaliyyət göstərən bu iki xəbər mərkəzlərinə də nəzarət edəcək və ümumi xəbər siyasətini koordinasiya edəcək.

Departamentin strukturunun formalaşdırılması istiqamətində hazırda geniş tədbirlər görülür.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler