» » Ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər -

Ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər - VİDEO

Bölmə: Sosial
Ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər -
Bir çox kafe və restoranlarda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər. Qaynar xəttimizə müraciət edən bir neçə ofisiant belə iddia edir. Onlar 15-16 saat işlədildiklərini, müqabilində isə az maaş aldıqlarını deyir. Bu da azmış kimi məcburi əməyə cəlb edilirlər. Bəs işçiləri məcburi əməyə cəlb edənləri hansı cəza gözləyir? Əməkdaşlarımız araşdırıb.

Bu video müraciəti “Xəzər Xəbər”ə göndərən ofisiantlar iş yerlərində məcburi əməyə cəlb edildiklərini iddia edirlər. Bildirirlər ki, bir çox kafe və restoranlarda ofisiantlara digər işlər də gördürülür. Gənclər iddia edir ki, 15-16 saat işlədildikdən sonra cüzi maaş alırlar. Ofisiantlardan əlavə hətta aşbaz qadın da həm qab yuyur, həm yer silir.

Vəziyyəti öyrənmək üçün bir çox kafe və restoranlara üz tutduq. Məlum oldu ki, ofisiantı digər işlərə məcbur edən də var, etməyən də.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirirlər ki, personalın aid olmayan işlərə məcbur edilməsi inzibatı xəta saylır. Buna görə obyekt sahiblərini 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Xidmətin sektor müdiri Emil Allahverdiyev deyir ki, işdə belə məcburiyyətlərlə qarşılan işçilər 142 çağrı mərkəzinə zəng vuraraq məlumat verməlidir.

Gənclərin video müraciəti belə hallara yol verən sahibkarlar üçün yəqin ki, bir siqnal olacaq. Çünki osisiantın həm də təmizlik işlərinə cəlb olunması həm əmək hüquqlarına, həm də gigiyenik qaydalara ziddir.




BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: [email protected]

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler