» » Yollardakı son vəziyyət -

Yollardakı son vəziyyət - Sürət həddi aşağı salındı

Bölmə: Sosial
Yollardakı son vəziyyət -

Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd, qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.

***

Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə enidirilərək 60 km/ saat müəyyən edilib. Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Yollardakı son vəziyyət -
Yollardakı son vəziyyət -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler