» » "Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!

"Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!

Bölmə: Sosial, MARAQLI, BLOK XƏBƏR, MANŞET
"Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!

Meyvələrdən üç meyvə var: Qadınlarda sinə xərçənginin qarşısını alan meyvə - kivi!

Xalqinfo.az “Meyvələrdən üç meyvə var” rubrikasından ilk yazını təqdim edir:

İlk yazımızda sitrus meyvəsi olan kividən söhbət açacağıq.

Bu meyvədə bir çox vitaminlər cəmləşib. İkinci elə bir meyvə tapmaq olmaz ki, kivi qədər bütün vitamin və antioksidantarla zəngin olsun.

Kivinin digər üstün cəhəti ondan ibarətdir ki, bu meyvə hətta konservləşdirildikdən sonra da tərkibindəki xeyirli komponentləri, vitaminləri itirmir. Halbuki, digər meyvələr konservləşdirilən zaman bütün xeyirli vitaminlərini ikiqat daha çox itirirlər.

Kivinin tərkibi insan orqanizmi üçün vacib olan C vitamini ilə çox zəngindir. İki, orta ölçülü kivi meyvəsi bir insanın gündəlik C vitamini ehtiyacını qarşılayır. Amerikada bu möcüzə meyvə üzərində edilən araşdırmalar, kivinin bir çox dərdin dərmanı olduğunu ortaya çıxarıb.

Kividə həmçinin çox güclü antioksidant olan E vitamini də var. Məhz bu vitamin sayəsində insan orqanizmi gözəl və sağlam görünüşə malik olur. Gur saçlara, möhkəm dırnaqlara və parlaq dəriyə sahib olmaq istəyənlərə tərkibində bol E vitamini olan kivi yemək məsləhətdir. Kividə həmçinin B9, B6 kimi olduqca faydalı vitaminlər cəmləşib.

"Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!














Bu meyvənin tərkibində olan vitaminlərdən başqa, olan mikroelementlər insanı ətrafdakı fiziki və zehni yüklənmələrdən müdafiə edir. Hər gün menyusuna kivi meyvəsi daxil edən insan stressdən də maksimum qorunmuş olur. Kivi həmçinin böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Bu əvəzolunmaz meyvə bədəndə olan duzları xaric edir. Bu da böyrəkdə və ya digər orqanlarda daşın yaranmasının qarşısını alır.

"Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!














Qış mövsümündə kivi yemək immun sisteminin həddən artıq möhkəmləndirir. Kivi meyvəsi qadınlarda sinə xərçənginin qarşısını alır. Qan təzyiqini nizamlayır. Bədənin müqavimətini artırar. Həzmi asanlaşdırır. Qəbzolmanın qarşısını alır.

Kivi təxmin edildiyinin əksinə olaraq tropik yox, subtropik meyvədir. Məhz buna görə bu meyvəni soyuducuda saxlamaq lazımdır.

"Meyvələrdən üç meyvə var" - Əsas olanı kivi!














BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler