» » Sürücü və piyadalara xəbərdarlıq -

Sürücü və piyadalara xəbərdarlıq - Qarlı havada diqqətli olun

Bölmə: Sosial
Sürücü və piyadalara xəbərdarlıq -

Hazırda paytaxtın küçə və prospektlərində yolun hərəkət hissəsi qardan təmizləndiyindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilmir.

Xalqinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsindən APA-ya verilən məlumata görə, agentlik axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən son dərəcə diqqətli olmalarının xahiş edir.

Sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürüətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Sürücülərlə yanaşı piyadaların da belə günlərdə diqqətli olmaları zəruridir. Belə ki, piyadalar nizamlanmayan keçidlərdən istifadə edərkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin yoluna çıxmasınlar. Çünki normal hava şəraitinə nisbətən qarlı havada avtomobillərin tormoz məsafəsi bir neçə dəfə artır.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Sürücü və piyadalara xəbərdarlıq -
Sürücü və piyadalara xəbərdarlıq -
Sürücü və piyadalara xəbərdarlıq -
Sürücü və piyadalara xəbərdarlıq -
Sürücü və piyadalara xəbərdarlıq -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler