» » “Əliyevin abidəsi önündə təzim edəndə niyə belə etdiyimi soruşdular...”

“Əliyevin abidəsi önündə təzim edəndə niyə belə etdiyimi soruşdular...”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Əliyevin abidəsi önündə təzim edəndə niyə belə etdiyimi soruşdular...”

Xətai rayon İcra Hakimiyyətində Yaponiyanın məşhur “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirilib.

Xalqinfo.az xəbər verir ki, İH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Xətai rayonu ilə Tokiyo prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşma layihəsinin növbəti müzakirəsi olub.

Qeyd edək ki, Azərbaycan ilə Yaponiya arasında regional əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 5-dək Tokioda işgüzar səfərdə olub.

Səfərin əsas məqsədi iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio prefekturasının Setaqaya şəhəri arasında əlaqələrin qurulmasıdır.

İcra Hakimiyyətində baş tutan görüşdə də bu və digər məsələlər müzakirə edilib. Qonaqları salamlayan Razim Məmmədov Yaponiya səfərini xatırlayaraq bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov və aparatın şöbə müdüri Pənah İmanov Yaponiyadakı yüksək səviyyəli görüşlərdən, xüsusən də Yaponiya xarici işlər nazirinin müavini M.Takizava, LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü K.Tanaka, Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo, Setaqaya şəhərinin meri N.Hosaka ilə görüşlərdən, yapon xalqının qonaqpərvərliyindən çox məmnun qalıb və bu gün də bunu xatırlayırlar.

Eləcə də, Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı məlumatlar nümayəndə heyətində xoş təəssürat yaradıb: "Ona görə də hesab edirik ki, bu qarşılıqlı münasibətlər daha da dərinləşəcək və Setaqaya şəhəri ilə qardaşlaşma layihəsi tezliklə baş tutacaq. Bir daha Sizi və nümayəndə heyətini Azərbaycanda, Bakıda görməkdən məmnun olduq”.

Saki Kosuqi isə öz növbəsində belə isti qarşılanmadan və səmimi münasibətdən çox razı qaldığını bildirərək ilk öncə Yaponiya xarici işlər nazirinin müavini cənab M.Takizavanın xüsusi salamlarını icra başçısına çatdırıb.

Bildirib ki, Azərbaycan, bu ölkənin insanları onun üçün o qədər doğmalaşıb ki, artıq özünü buranın sakini hesab edir. Bakıya gələn kimi isə ilk olaraq Xətai rayonunda “Heydər Parkı”nda yerləşən “Yapon bağını” ziyarət edir.

Şirkət rəhbəri Ulu Öndərə olan xüsusi rəğbət və hörmətini də qeyd edərək bildirib ki, onlar Gürcüstanın paytaxtında saldıqları Yapon bağı Heydər Əliyevin abidəsinin yaxınlığında yerləşir. Orada olan zaman o, Heydər Əliyevin abidəsinin qarşısında təzim edərək hörmət və ehtiramını bildirəndə ətrafdakılar təəccüblənərək nə üçün belə etdiyini soruşanda bildirib ki, bu dahi insanın rəhbərlik etdiyi ölkə və onun xalqı onun yaxın dostudur. Ona görə də bundan sonra da Yaponiya-Azərbaycan dostluq münasibətlərinin daimi olması və davamlı inkişafı üçün o və rəhbərlik etdiyi şirkət səylərini əsirgəməyəcək, xüsusən də, Xətai rayonu ilə Setaqaya şəhərinin qardaşlaşması üçün var gücü ilə çalışacaq.

Cənab Kosuqi onu da vurğulayıb ki, Yaponiya qanunlarına görə belə layihələr bir müddət müzakirə olunandan sonra baş tutur. Ona görə də bu layihə də Setaqaya şəhərinin parlamentində müzakirə olunacaq və inanınaram ki, öz müsbət həllini tapacaq.

Sonra şirkət rəhbəri Xətaidəki “Yapon bağı” haqqında məlumatların da öz əksini tapdığı Yapon bağları haqqında “Japanese Gardens” kitabını və Xətai nümayəndə heyətinin Yaponiyaya səfərindən bəhs edən, Yaponiyada 50000 tirajla çap olunan “The KankyoRyokka Shimbun” qəzetini də R. Məmmədova təqdim edib.

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler