» » Builki Həcc ziyarətinin qiyməti açıqlandı -

Builki Həcc ziyarətinin qiyməti açıqlandı - 7 600 manat

Bölmə: Sosial
Builki Həcc ziyarətinin qiyməti açıqlandı -

Qafqaz Müsəlmanları İdarəsinin Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb.

İdarənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler