» » Bu müddətin 49 ilədək artırılması təklif olunur

Bu müddətin 49 ilədək artırılması təklif olunur

Bölmə: Sosial
Bu müddətin 49 ilədək artırılması təklif olunur

Meşə Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Xalqinfo” xəbər verir ki, Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Yeni dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə icarə müqaviləsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən 49 ilədək verilə bilər. Əvvəl isə bu müddət 10 il idi.

Millət vəkilləri dəyişikliyi müsbət hal kimi qiymətləndirib. Bildirilib ki, bu dəyişiklik sahibkarlığın inkişafı ilə əlaqədar meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi məqsədilə hazırlanıb. Komitə sədri Eldar İbrahimov qeyd edib ki, bu dəyişiklik xüsusilə də çoxillik bitkilər üçün faydalıdır:” Məsələn, qoz ağacı bitkisi uzun müddətə yetişən bitkidir. Ona görə də dəyişiklik qəbul olunduğu halda onun sahibkarlar üçün faydası olacaq. 49 ilədək o demək deyil ki, sahibkar o qədər müddətə torpağı icarəyə götürəcək. Yəni istənilən müddətə müqavilə bağlaya bilər”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler