» » Adına ev olan köçkünlərə pul verilməyəcək

Adına ev olan köçkünlərə pul verilməyəcək

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Adına ev olan köçkünlərə pul verilməyəcək

Məcburi köçkünlərə verilən müavinətlər dayandırılır.

Xalqinfo” xəbər verir ki, bu haqda artıq məcburi köçkün rayonlarının icra hakimiyyətlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təlimat göndərilib. Təlimatda bildirilib ki, adına torpaq, ev olan və həmçinin, dövlət qulluğunda çalışan məcburi köçkünlər dövlətdən müavinət ala bilməyəcək. Təlimata adına ev, torpaq olan məcburi köçkünlərin siyahısı da əlavə edilib.

Qeyd edək ki, məcburi köçkünlərin müavinətlərinə çörək pulu və kommunal xidmətlər daxildir. Ölkə başçısının ötən gün verdiyi fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler