» » Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi -

Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi - Foto

Bölmə: Sosial
Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi -

Ölkənin şimal-qərb bölgəsi ağ örpəyə büründü. "Xalqinfo" ARB Şəkiyə istinadən xəbər verir ki, təkcə gecə saatlarında Şamaxıya 5, dağlıq kəndlərə isə 10 sm qar yağıb. Qarın yağmasına sevinənlər az deyil. Ancaq yağan qar magistral yollarda sürücülərə çətinlik yaratdı. Dumanlı və qarlı hava sürücüləri yarı yolda qoyub.

Hava şəraitinin kəskin dəyişməsi Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı magistral yollarına da təsirsiz ötüşməyib. Anidən başlayan qar, yola ehtiyyatsız çıxan sürücülər üçün çətin anlar yaşadıb. Maşınların hərəkəti məhdudlaşdırılmasa da qar səbəbindən yolun sürüşkən olması hərəkətə qismən mane olub. Muğanlı dolaylarında qarla yanaşı, havanın dumanlı olması da sürücülərin işini çətinə salıb.

Yolun 2-4 və 7-ci km-dəki sərt yoxuşlarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qaıb. Səhər saatlarından etibarən yollara qum duz-qarışığı tökülüb yolun qardan təmizlənməsi işi aparılıb. Bununla belə qar yağışının davam etməsi və gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə bu yoldan istifadə edərkən ehtiyatlı olmaları məsləhət görülür.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Rayonlara qar yağdı, yollarda hərəkət çətinləşdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler