» » 100-dən çox avtobus cərimə meydançasına aparıldı!

100-dən çox avtobus cərimə meydançasına aparıldı!

Bölmə: Sosial
100-dən çox avtobus cərimə meydançasına aparıldı!
Bu gün Bakı şəhərində sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb. Bu barədə APA TV-yə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, səhər saatlarından başlayan reyd günün sonuna qədər paytaxtın müxtəlif bölgələrində davam etdirilib. Reyd zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur. Bundan əlavə, elektron qaydada yazılan cərimələrin vaxtında ödənilməməsi, müvafiq kateqoriyası və sürücülük vəsiqəsi olmadan avtobus idarə edilməsi faktları da üzə çıxıb. Bütün bunlara görə gün ərzində 100-dən artıq avtobus Bakının 7 cərimə meydançasına yığılıb. İş o yerə çatıb ki, cərimə meydançalarında yer dolduğu üçün avtobuslar yol kənarlarında saxlanılıb. Avtobus dayanacaqlarını zəbt edən minik maşınlarına qarşı da tədbirlər görülüb və 130 sürücüyə inzibati protokol tərtib olunub.

Bölmə rəisi Vaqif Əsədov deuib: “Təəssüflər olsun ki, biz dayanacaqları təmizləyib avtobusların ixtiyarına veririk. Lakin sanki sürücülər vərdiş edibmiş kimi, yenə də avtobusu dayanacaqdan kənarda, yəni, ikinci cərgədə saxlayırlar. Və yaxud da, sərnişinlər avtobus gözləyərkən yolun hərəkət hissəsinə çıxırlar”.

Bu qədər avtobusun birdən-birə xətdən kənarlaşdırılması şəhərdə nəqliyyat sistemində problem yaratsa da, DYP rəsmisi bildirib ki, avtobusların məxsus olduğu şirkətlər və sürücülər cərimələri vaxtında ödədikdən və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitələri yenidən xəttə buraxıla bilər. Dövlət Yol Polisindən onu da bildiriblər ki, bu ilin 7 ayı ərzində Bakı şəhəri ərazisində avtobusların iştirakı ilə 36 yol qəzası baş verib. Nəticədə 21 nəfər ölüb, 56 nəfər yaralanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler