» » Hava şəraiti ilə bağlı xəbərdarlıq - Güclü yağış olacaq

Hava şəraiti ilə bağlı xəbərdarlıq - Güclü yağış olacaq

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Hava şəraiti ilə bağlı xəbərdarlıq - Güclü yağış olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-8, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Departament hava şəraiti haqda xəbərdarlıq da yayıb. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında yanvarın 19-20-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler