Yasamaldakı binada yanğın - 2 nəfər xilas edildiBölmə: Sosial
Yasamal rayonunda yaşayış binasında yanğın olub. “Xalqinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb. 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|