» » Direktor seks qalmaqalına görə işdən çıxarıldı - İş Baş Prokurorluqdadır

Direktor seks qalmaqalına görə işdən çıxarıldı - İş Baş Prokurorluqdadır

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Direktor seks qalmaqalına görə işdən çıxarıldı - İş Baş Prokurorluqdadır

Şəmkir rayon Seyfəli kənd tam orta məktəblə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar, Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Şəmkir Rayon Təhsil Şöbəsindən “Xalqinfo”ya daxil olan məlumata görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, laborantın kompüterində seks videoları olduğunu bildirib.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler