» » “Təfəkkür”ün tələbələri hara köçürüləcək? - Açıqlama

“Təfəkkür”ün tələbələri hara köçürüləcək? - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
“Təfəkkür”ün tələbələri hara köçürüləcək? - Açıqlama

Təhsil Nazirliyinin ötəngünkü qərarı ilə fəaliyyyətini dayandıran Təfəkkür Universitetində təhsil alan tələbələrin taleyi sual altında qalıb. Nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etsə də, tələbələrin yerləşdiriləcəyi universitetlərlə bağlı hər hansı bir məlumat verilməyib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo” nazirliyə sorğu ünvanlayıb. Nazirlikdən cavab olaraq bildirilib ki, tələbələrin köçürüləcəyi universitetlərin siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək:

“2016-2017-ci tədris ilində "Təfəkkür" Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək. Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri IV kursda təhsil alır və bu ilin məzunlarıdır. Tələbələr, əsasən, özəl universitetlərə köçürüləcək. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler