» » Hamiləliyinin son həftəsində ölən ana ilə bağlı -

Hamiləliyinin son həftəsində ölən ana ilə bağlı - Açıqlama

Bölmə: Sosial
Hamiləliyinin son həftəsində ölən ana ilə bağlı -

Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb. "Xalqinfo" xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: “Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler