» » Borca görə Bülbülə susuz qaldı

Borca görə Bülbülə susuz qaldı

Bölmə: Sosial
Borca görə Bülbülə susuz qaldı

Suraxanı rayon, Bülbülə qəsəbə sakinləri susuz qalıblar. "Xalqinfo" xəbər verir ki, sakinlərin Lent.az-a şikayətində bildirilir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bülbülə qəsəbəsinin bütün su xətləri kəsilib.

Qurumun sahə rəisi isə deyib ki, kəndin su borcu olduğu üçün su kəsilib. Sakinlərin dediyinə görə, su borcu olmayanlara Azərsu” ASC tərəfindən maşınla su paylanılır.

Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a bildirib ki, məcburiyyətdən bu yola əl atıblar: “Qəsəbə sakinlərinin böyük əksəriyyətinin suya borcu olduğundan, fərdi qaydada suları kəsə bilmədiyimiz üçün bütünlüklə qəsəbənin suyunu kəsməli olduq. Borcu olan abunəçilər bu işin fərdi qaydada gerçəkləşməsi üçün bizə imkan yaratmırlar. Bundan başqa, gün ərzində “Azərsu” ASC-nin su maşınları qəsəbədədir və borcu olmayan evlərə pulsuz su paylayırlar. Onu da qeyd edim ki, ötən gündən başlayaraq artıq qəsəbə sakinlərinin əksəriyyəti su borclarını ödəməyə başlayıblar”.

A. Cəbrayıllı bildirib ki, hər abunəçiyə verilən su borcuna görə ödəniş qəbzi veriləndən 1 ay müddətində borcu ödəmirsə, (heç olmasa yarı qismini) “Azərsu”ASC-nin suyunu kəsmək ixtiyarı var. Abunəçilərdən xahiş edir ki, borclarının hamısını olmasa da, müəyyən bir hissəsini ödəsinlər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler