» » 19 gün oldu...

19 gün oldu...

Bölmə: Sosial
19 gün oldu...

Ermənistan-Azərbaycan sərhəddində baş vermiş döyüşdə həlak olan əsgər Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir.

Xalqinfo” xəbər verir ki, bunu Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova qeyd edib ki, hələ ki, danışıqlar nəticəsizdir: “İstənilən halda Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır”.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı nazirlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler