» » Sabah çiskin olacaq, külək əsəcək

Sabah çiskin olacaq, külək əsəcək

Bölmə: Sosial
Sabah çiskin olacaq, külək əsəcək

17 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündü 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler