» » “Valyutadəyişməylə bağlı 12 icraat başlanılıb” -

“Valyutadəyişməylə bağlı 12 icraat başlanılıb” - Yenilənib

Bölmə: Sosial
“Valyutadəyişməylə bağlı 12 icraat başlanılıb” -

Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransı keçirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, idarə rəisi Kamran Əliyev bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər korrupsiyaya qarşı mübarizədə müsbət rol oynayıb.

Ötən il Azərbaycanın mövqeyi "Qlobal Korrupsiya Barometri" və "Korrupsiya Qavrama İndeksi"ndə irəliləyib. Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində III monitorinq mərhələsini uğurla tamamlayaraq növbəti mərhələyə keçən 2 ölkədən biri olub.

İdarəyə 9 360 müraciət daxil edilib, 251 cinayət xarakterli material araşdırılıb, 159-u üzrə cinayət işi başlanılıb.

Qeyd edilib ki, valyutadəyişmə qaydalarının pozulması ilə bağlı 12 icraat başlanılıb.

***

Qara bazarda xarici valyutanın qanunsuz dəyişdirilməsi ilə bağlı 2 cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib. Rüşvət vermə ilə bağlı 5 hal müəyyən edilib.

***

Hərracda ay ərzində 400 milyon dollar satılsa da, bankların dollar satmaması ilə bağlı K.Əliyev deyib ki, bəzi şəxslər süni surətdə bu problemi gündəmdə saxlayırlar: “Mən iqtisadçı və ya maliyyəçi deyiləm, sizə yanlış da cavab verə bilərəm. Amma problem o dərəcədə deyil. Sadəcə şişirdilir. Bizim mütəxəssislər dövlətin maliyyə qurumları ilə birgə araşdırma aparırır, qısa müddətdə bu məsələ öz həllini tapacaq”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler